“AI Career Navigator” proqramı çərçivəsində növbəti görüşümüz baş tutdu
Əziz gənclər!
“AI Career Navigator” proqramı çərçivəsində növbəti görüşümüz baş tutdu!
Görüş zamanı “Azerconnect Group” şirkətinin Süni İntellekt Həlləri və Mühəndislik üzrə meneceri Nihat Abdullayevin təqdimatında gənclər süni intellekt mütəxəssisinin karyera yolu, peşəkar inkişaf mərhələləri və bu sahədə uğurlu karyera qurmaq üçün vacib bacarıqlar haqqında məlumat əldə etdilər.